Ana səhifə
15 Dekabr 2018

İranla 6-lıq anlaşa bilər

İranın nüvə danışıqlarında irəliləyiş olduğu bildirilir. ABŞ Dövlət Katibi John Kerry iranlı həmkarı Javad Zarif və Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton-la oktyabrın 15-də Vyanada danışıqlar aparıb.

Ucnoqta.az  azadliq.org-a istinadla bildirir ki, adı çəkilməyən ABŞ rəsmisi deyib ki, bəzi məsələlər müzakirə olunub, ancaq irəlidə xeyli iş var.

İran dünyanın 6 ölkəsi – Birləşmiş Ştatlar, Fransa, Almaniya, Çin, Rusiya və Britaniya ilə danışıqları davam etdirir. Noyabrın 24-ü razılıq əldə olunması üçün son tarix qoyulub.

Məqsəd sanksiyaların qaldırılması əvəzində İranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasıdır. Qərb İranın nüvə silahı hazırladığını deyir, Tehran bunu təkzib edir.

 

Tarix
16 Oktyabr 2014 [19:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin