Tağıyevin heykəli sabah quraşdırılacaq

18:51 - 24 Avqust 2021 - Mədəniyyət

“Hacı Zeynalabdin Tağıyevin heykəli sabah quraşdırılacaq”.

Bu barədə APA-ya heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

“Heykəlin quraşdırılacağı ərazidə işlər yekunlaşıb, postament də artıq hazırdır”, - o, deyib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyasının qarşısında ucaldılacaq.

Xəbər xətti