Ana səhifə
18 Noyabr 2018

Polad Bülbüloğluna daha bir fəxri ad verildi

Onu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət ediblər

 

 

 

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı verilib. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, 25 fevral 2015-ci il tarixində Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycanın Rusiyadakı səfirliyində olub. Məqsəd çoxillik yaradıcılıq fəaliyyəti və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir P. Bülbüloğluna Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunması haqqında sərəncamı təqdim etmək olub.

Görüşdə səfir P.Bülbüloğlu ilə R.Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

R.Abdulatipov P.Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət edib.

 

Tarix
25 Fevral 2015 [18:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin