Ana səhifə
22 Sentyabr 2018

İŞİD-ə qoşulan idmançımız öldürüldü

Bu ilin avqust ayında İŞİD terror təşkilatına qoşulan azərbaycanlı peşəkar güləşçi Rəşad Baxşəliyev Suriyada gedən döyüşlərdə həlak olub.

 

 

Ucnoqta.az” xəbər verir ki, bu barədə AzVision.az-a R.Baxşəliyevin ailəsindən məlumat verilib. Güləşçinin ölüm xəbərini onunla birlikdə Suriyaya gedən həyat yoldaşı ailə üzvlərinə, yaxınlarına zəng edərək bildirib. R.Baxşəliyevin bir neçə gün öncə öldürüldüyü deyilir.

 

Qeyd edək ki, İsmayıllı sakini olan Rəşad Baxşəliyev peşəkar güləşçidir. O dəfələrlə Respublika yarışlarından yüksək nəticələr əldə edib. Suriyaya gedənə kimi o, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib.

 

Xatırladaq ki, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə getmişdi.

Tarix
16 Oktyabr 2014 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin