Ana səhifə
14 Noyabr 2018

Salyanda qeyri-neft sektorunun çəkisi artır

Rayonda Salyanda məhsul buraxılışının həcmi 7 faiz artıb

 

 

 

 

Azərbaycan regionlarının inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti artıq möhtəşəm nəticələrin əldə olunması ilə müşayiət olunmaqda, bölgələrin simasının sürətlə yenilənməsi ilə xarakterizə edilməkdədir. Bütün bunlar təbii ki, regionların dinamik tərəqqəsi məqsədilə həyata keçirilən dövlət proqramlarının və digər müvafiq addımların öz müsbət və uğurlu nəticəsinin bariz nümunəsi kimi çıxış edir. Ümümiyyətlə, məlum həqiqətdir ki, azad bazar münasibətləri şəraitində sürətli sosial-iqtisadi tərəqqisini uğurla davam etdirən Azərbaycan üçün əsas xarakterik xüsusiyyətlərdən biri ən müxtəlif sahələr üzrə yaşanan inkişafın konkret dövlət proqramı təminatının hazırlanması və böyük müvəffəqiyyətlə icrasıdır. Real tərəqqinin mərkəz və regionlar üzrə proporsional qaydada paylanmasına xidmət edən məqsədyönlü siyasət tarix üçün o qədər böyük olmayan bir zaman kəsiyində Azərbaycanın simasını əhəmiyyətli dərəcədə dəyişdirərək onu bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirib. Bu kontekstdə ölkə iqtisadiyyatının inkişaf tempinin daha mütəhərrik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib. Sabit, sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, həcmi ildən-ilə sürətlə artmaqda olan strateji valyuta ehtiyatları və onlardan səmərəli istifadə, sahibkarlara verilən dəstəyin gücləndirilməsi, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması üçün görülən tədbirlər və bu qəbildən olan digər hallar əldə olunmuş nailiyyətlərin miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Qeyd olunanların real təsdiqini Salyan rayonunun nümunəsində də görmək olar. 2014-cü ildə Salyanda məhsul buraxılışının həcmi 7 faiz artaraq  245,8 milyon manata çatıb. Artım tendensiyası bütün sahələr kimi aqrar və sənaye sektorunda da müşahidə edilib, nəticədə 141,5 milyon manatlıq kənd təsərrüfatı, 49,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Əsas kapitala yönəldilən investisiya 49,4 milyon manat təşkil edib. Salyanda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində görülən bir sıra tədbirlər yüksək sürətlə davam etdirilir. Məsələn, Çuxanlı kəndində "Şəfa" quşçuluq ASC-nin istehsal gücü 450 min ədəd yumurta olan inkubator sexinin tikintisi, Qaraçala qəsəbəsi ərazisində fəaliyyət göstərən "Hacı Camalxan" kəndli-fermer təsərrüfatı tərəfindən 10 min tonluq taxıl anbarının tikintisinin başa çatdırılması, beynəlxalq standartlara uyğun süd-əmtəə kompleksinin və Qırxçıraq qəsəbəsi ərazisində "Ələddin-fermer" MMC tərəfindən illik istehsal gücü 600 ton olan quru meyvə istehsalı müəssisəsinin, Kürsəngi kəndi ərazisində illik istehsal gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi aparılır. Bunlar Salyanda özəl sektora qayğının yüksək nümunəsidir. Burada sakinlərin işlə təmin olunması da diqqət mərkəzindədir. Rayonda əmək yarmarkasının keçirilməsini və 41 idarə, müəssisə tərəfindən vakant iş yerlərinin vətəndaşlara təqdim olunması təqdirə layiqdir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları, Sahibkarlığa Kömək Milli Fondu çərçivəsində Salyanın iqtisadi həyatında özəl sektorun xüsusi çəkisi getdikcə çoxalmaqdadır. Belə ki, rayonda yeni çörək zavodu istifadəyə verilib. "Sünbül-2012" müəssisəsinə məxsus yeni çörək zavodunun istifadəyə verilməsi qeyri-neft sektorunun Salyandakı tərəqqisini əks etdirir. Ötən il noyabrın 7-də yeni müəssisənin açılış mərasimi keçirilib. . Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şura üzvləri, idarə, müəssisə rəhbərləri, ictimaiyuyətin nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin I müavini Etibar Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin özəl sektora göstərdiyi diqqət və qayğıdan danışdıqdan sonra yeni müəssisənin direktoru, iş adamı Nurəddin Nəcəfov açılışa toplaşanları salamlayaraq deyib ki, indi ölkəmiz sənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə çox sürətlə inkişaf edir, regionlarımız öz simasını dəyişir. Başqa yerlərdə olduğu kimi, qədim Salyanımız da gözəlləşir, müasirləşir. Yeni binalar ucalır, təzə ünvanlar yaranır. Bu ünvanların içində yeni istifadəyə verilən müəssisələr də vardır.
Bu gün açılışına toplaşdığımız çörək zavodu hörmətli Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə ərsəyə gəlib. Direktor bildirib ki, yeni zavod 33 nəfər salyanlının iş yeridir. Burada iki növbəli iş rejimi təşkil edilib. İstehsalat və məişət şəraiti çox yüksək səviyyədədir. Dünyanın ən məhsuldar, texniki imkanları qaz, işıq və digər yanacaqla işləməyə imkan verən, ekoloji cəhətdən tullantısız zavod qurulub. Zavodun ümumi ərazisi 1050 kvadratmetrdir. Burada istehsal sahələri ilə yanaşı, qazanxana, anbar, elektrik transformatorlarının yerləşdiyi mini stansiya, qəza generatorları, həmçinin işçilər üçün hər cür şəraiti olan soyunub-geyinmə otaqları tikilimişdir. Zavodda 3 adda məhsul istehsal ediləcəkdir. Müxtəlif çəkidə «baton», dairəvi, ənənəvi zavod çörəkləri, şəkərli diabetlər üçün tərkibi fərqli qara çörəklərin istehsalı mənimsənilib.
Tədbirdə rayon ziyalılar cəmiyyətinin sədri Allahverdi Piriyev yeni müəssisənin açılışı münasibətilə ictimaiyyət nümayəndələrini təbrik edib, arzulamışdır ki, hər bir ailənin süfrəsində Salyan çörəyi, yeni zavodun istehsalı olan məhsullar olsun.
Tədbirdə RİH başçısı Tahir Kərimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə Salyan rayonunun Qaraçala, Qarabağlı, Kürsəngi, Xalac, Qaraqaşlı və başqa kəndlərdə istifadəyə verilmiş sahibkarlıq subyektlərinə məxsus emal müəssissələrinin adını çəkib və bu gün şəhər mərkəzində fəaliyyətə başlayan yeni çörək zavodunun da bu siyasətin davamı olduğunu vurğulayıb. RİH başçısı qeyd edib ki, yeni müəssisədə istehsalın avtomatlaşdırılması, itkisiz və ekoloji texnogiyanın tətbiqi çox əlamətdardır. 
Salyan rayonunda yol tikintisi istiqamətində də ciddi işlər görülüb. Dövlət başçısının sərəncamı ilə inşa olunan Çuxanlı-Seydan avtomobil yolunun 10 kilometri tamamlanıb, qalan hissəsi isə tezliklə istifadəyə veriləcək. Yeni istehsal, emal sahələri və digər layihələrin reallaşması nəticəsində 751 yeni iş yeri yaradılıb. Şəhərin küçələri təmir olunub, park və xiyabanlarda yenidənqurma işləri aparılıb, 38 mindən çox ağac əkilib. YAP Salyan rayon təşkilatının yeni  binasının  və Rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasının tikintisi başa çatdırılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik üç uşaq bağçası, 5 mərtəbəli yaşayış binası və ticarət mərkəzinin, rayon prokurorluğu və ərazi kənd təsərrüfatı üçün inzibati binalarının inşası davam edir.Yığıncaqda əhalinin elektrik enerjisi, qaz, su ilə təminatı və digər xidmət təşkilatlarının işi və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib, müvafiq qərar qəbul olunub.

 

Tarix
25 Fevral 2015 [22:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin