Ana səhifə
20 Sentyabr 2018

Pornoya yatırılan milyonlarımız (ARAŞDIRMA)

İndi Azərbaycanın internet məkanında qəribə vəziyyət yaranıb. Ölkənin ilkin provayder şirkətinin yaydığı məlumata görə, internet trafikin gündüz və gecə yüklənmələri arasında 100-110 giqabit fərq yaranır. Şəbəkə ən çox axşam vaxtlarında yüklənir və maksimum yüklənmə 120 giqabitə çatır. Gündüz saatlarında isə yüklənmə əksinə 10 giqabitə düşür. İlkin provayderin məlumatına görə, son bir ildə gündüz vaxtı maksimum yüklənmə 20 giqabitdən yüksək olmayıb. 

Ucnoqta.az xəbər verir ki, anspress-in araşdırmasına görə, bu, 8-10 il əvvəlki vəziyyətdən kəskin fərqlənir. Məsələn, 2006-cı ildə ölkədə internet trafikinin maksimum yüklənməsi 10 giqabit ətrafında olub. Həmin vaxtlar internet trafikinin maksimum yüklənməsi gündüz vaxtlarına təsadüf edirdi, axşam satlarında isə internetə girən az olurdu. Internet əsasən iş yerlərində işlədilirdi. Evdən internetə qoşulanlar həddindən az olurdu. O, vaxt provayderlər axşam saatlarında müştəri cəlbi üçün 2 dəfə ucuz olan xüsus paketlər tətbiq edirdi. 

Sonradan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yatırdığı sərmayələr və geniş zolaqlı internet servisi barədə apardığı təbliğat işi sahəsində internet evlərə də daxil oldu. Artıq bütün rayon mərkəzlərində və ATS olan iri kəndlərdə də əhali geniş zolaqlı internetdən istifadə edir. İlkin provayderin verdiyi məlumatdan da belə görünür ki, camaat işdən evə dönüb yeməyini yedikdən sonra rahatlığını internetdə tapır. Müstəqil araşdırmalar göstərir ki, Azərbaycanda trafikin ən gur vaxtı axşam saat 21-dən gecə saat 3-ə, 4-ə qədər çəkir. 

Düşünmək olar ki, bu, çox yaxşıdır və Azərbaycan əhalisi dünya şəbəkəsindən istifadə etməklə müasir svilizasiyanın ən çağdaş yenilikləri ilə tanış olur, xalqın mədəni və elmi savadı artır. Amma informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ekspert Cahid İsmayıloğlunun sözlərindən anlamaq olur ki, bu, heç də belə deyil. Ekspertin sözlərinə görə, Azərbaycanda axşam saatlarında interneti əsasən gənclər yükləyir və onların da daxil olduğu internet resurslarının sayı məhsuddur. “Əsasən filmlərə baxırlar. Bu sahədə porno filmlər üstünlük təşkil edir. Axşam saatlarında yükləmələr artır və saytlardan filmlər endirirlər. Sosial şəbəkələrdə, oyun saytlarında gününü keçirənlər də yüksəkdir. Son zamanlar “Skype”da və digər ünsiyyət vasitələrində vaxt keçirənlərin də sayı artıb. Bütün bunlar axşam saatlarında interneti yükləyir”,- deyə Cahid İsmayıloğlu ANS PRESS-ə bildirib. 

Göründüyü kimi, son 10 il ərzində yüz milyonlarla manat xərclərnərək qurulmuş infrastruktur mənasız və faydasız yerə xərclənir. Yəni bu infrastruktura yatırılmış pulların elə bir manipulyativ effekti olmur. Əksinə, gənclərin əsas boş vaxtını internetdə keçirməsinin bir sıra yan təsirləri olur ki, bu da böyüməkdə olan nəslin sağlamlığını zərbə altına salır. Britaniyanın “Digital Clarity” marketinq şirkəti 1300 gənc üzərində sosioloji araşdırma aparıb və bu qərara gəlib ki, yaşı 18-25 arasında dəyişən bu gənclərin 16%-də internet-asılılıqdan yaranan psixoloji pozuntulara rast gəlinir. Həmin gənclər gün ərzində vaxtlarının 15 saata qədərini internetdə keçirir. Şirkətin daha əvvəl apardığı araşdırmalar göstərib ki, onlayn oyunlar oynamaq və şəbəkədə pornofilmlərə baxmaq alkoloqol və narkotiklər kimi qanda dofaminin səviyyəsini artırır. Nəticədə, izləyicinin əhvalı yüksəlir və o, həmin resurlara təkrar-təkrar girməyə çalışır. Dofaminin qanda artması yuxusuzluğa da səbəb olur. Buna görə də bir çox psixiatrlar hesab edir ki, internetdən asılılıq başqa psixi xəstəliklərə də səbəb ola bilər. 

Gənclər internetə girmək üçün hər cür vasitədən - notbuklardan, planşetlərdən və smatfonlardan istifadə edir ki, çox vaxt valideynlər onlara nəzarət edə bilmirlər. Bəzi gənclər hətta işığı keçirərək yorğanın altından smartfonla internetə girirlər. 

Məsələnin yaratdığı digər problem internet şəbəkəsinin yüklənməsi ilə bağlıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, məhəllə daxili kabellər yüklənən trafiki qəbul etməyə hazır deyil və bu, evlərdə internet kəsilmələrinə səbəb olur. RİTN-dən verilən məlumata görə, yaxın illərdə bu problem həll olunacaq. Dövlət Neft Fondunun ayırdığı 450 milyon manata yaxın vəsait məhəllə daxili kabellərin optik kabellərlə əvəzlənməsinə imkan verəcək. “Hər evə optik” adlanan layihə çərçivəsində 18 min kilometr fiber-optik kabel çəkiləcək. Layihə yaxın on il ərzində gerçəkləşdiriləcək. 

Lakin İKT eksperti Cahid İsmayıloğlunun fikrincə, RİTN elə indidən bir neçə addım atmaqla həm gəncləri internet-asılılıqdan qurtara bilər, həm də şəbəkəni yüklənmədən xilas edər. Ekspert Britaniya təcrübəsindən yararlanmağı təklif edir. Məsələ bundadır ki, Devid Kemeron Britaniya baş naziri seçildikdən sonra porno saytlara və bir sıra oyun saytlarına girişi bağladı. Həmin saytlara giriş yalnız xüsusi müraciətdən sonra açıla bilər ki, bunu da hər istifadəçi etmir. “Biz də bu addımı atmalıyıq. Porno və oyun saytları narkotika kimidir. Şirkətlər bütün porno saytları və azyaşlıların girməsi qadağan olan oyun saytlarını qara siyahıya sala bilərlər ki, bu da həm şəbəkəni, həm də gəncləri xilas edə bilər”,- deyə Cahid İsmayıloğlu vurğulayır.

Tarix
16 Oktyabr 2014 [19:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin