Ana səhifə
19 Oktyabr 2018

Qarabağdan bəhs edən film İran Festivalında yarışır - FOTO

İranın Tehran şəhərində 9-cu Ruyesh Beynəlxalq Qısametrajlı Film Festivalı öz işinə başlayıb.

 

 

 

 

Festivalda ölkəmizi “Yol” filmi təmsil edir. Bu barədə “Üç nöqtə” yə açıqlamasında filmin rejissoru Fehruz Şamıyev deyib: “Festivalda iştirak edən filmlər üç əsas - beynəlxalq, yerli və müsəlman ölkələri proqramında yarışır. “Yol” filmi isə 10 ekran əsərinin iştirak etdiyi “müsəlman ölkələri” proqramında yer alıb. Film bu gün axşam saatlarında “Cinema Azadi” kino mərkəzində nümayiş olunacaq. Festivala maraq çox böyükdür, xüsusilə qeyd etməliyəm ki, İranda festival filmlərini izləmək üçün gənclərlə yanaşı orta, yaşlı nəsil tamaşaçılar da gəlir”.

Qeyd edək ki, festivalda İranın dünyaca məşhur aktrisası Leila Hateminin rol aldığı “Pulsuz” filmi də nümayiş olunacaq, kino xadimlərinin master-klassları keçiriləcək. Festivalın bağlanışı və qaliblərin mükafatlandırılması fevral ayının 27-də olacaq.

Məlumat üçün bildirək ki, “Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən “Yol” Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekəyəsinin motivləri əsasında çəkilib. Ekran əsəri “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biri kimi lentə alınıb.

Filmin süjet xəttinə gəlincə, Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professor ölüm ayağında doğulduğu kəndə gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Amma burda ermənilər tərəfindən əsir götürülür və hadisələrin ən maraqlı anları bundan sonra başlayır. Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir. 

Qısametrajlı filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, bəstəkarı Firudin Allahverdidir.

Tarix
25 Fevral 2015 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin