Ana səhifə
19 Sentyabr 2018

Regionların sosial-iqtisadi inkişafı prioritet istiqamətidir

Bərdə rayonunda 303,1 milyon manatlıq ümumi məhsul istehsal edilib

 

 

 

 

 Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ölkənin iqtisadi siyasətin prioritet istiqaməti kimi diqqəti cəlb edir. Bununla bağlı dövlət başçısı hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətində saxlayır, yerlərdə ölkənin strateji resurslarını milli inkişafa təkan verən mühüm layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf yönümündə reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.

Bu, bir həqiqətdir ki, hazırda Azərbaycanın regionlarında yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələri sürətlə həyata keçirilir. Bu istiqamətdə görülən tədbirlər Bərdə rayonun da simasını dəyişdirir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində həm sənaye, həm də kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Bərdədə 2014-cü ildə 303,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 12,2 milyon manatlıq sənaye, 139,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İl ərzində sənaye məhsulu istehsalı 9,4 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 8,1 faiz,, nəqliyyat və anbar təsərrüfatı 5,8 faiz, informasiya və rabitə xidmətləri 27,8 faiz, ticarət xidmətləri 17,7 faiz, iaşə xidmətləri 15,6 faiz, pullu xidmətlər 28,7 faiz  artıb. Bütün mənbələr hesabına ümumi sahəsi 35,1 min kv.metr yaşayış sahəsi tikilib istifadəyə verilib. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində il ərzində 4321 yeni iş yerləri aıb ki, bunun da 1981-i daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 10-u yeni yardılmış müəssisə və təşkilatlarda, 1971-i fiziki şəxslərdə, 2340-ı digər layihələrin həyata keçirilməsində yaradılıb. Dövlət Proqramları qəbul olunandan indiyədək 25574 yeni iş yerləri açılıb ki, bunun da 12773-ü daimi iş yerləridir.

Rayon büdcəsinin yerli gəlirləri proqnozuna 2014-cü il ərzində 99,9 faiz, xərcləri proqnozuna 97,9 faiz əməl edilib. Bütün zəruri xərclər icra edilib. Ötən il 56,4 milyon manat əsas kapitala investisiya yönəldilib ki, bunun da 50,7 milyon manatı və ya 91,6 faizini tikinti-quraşdırma işləri təşkil edib.

Bunlar göstərir ki, aparılan uğurlu iqtisadi siyasət nəticəsində respublikanın digər regionları kimi, Bərdədə də sahibkarlığın inkişafında uğurlar qazanılıb, kənd təsərrüfatı, qida və sənaye məhsulları istehsalına yönəldilən investisiyaların həcmi çoxalıb, yeni istehsal, emal və xidmət obyektləri fəaliyyətə başlayıb. Rayonda süd emalı zavodu, çörək zavodu, “CTS-Aqro” MMC-nin pambıqtəmizləmə zavodu, illik istehsal gücü 5,4 min ton olan soyuduculu ətkəsmə müəssisəsi, 528 min başlıq broyler quşçuluq müəssisəsi, 2000 başlıq ətlik, 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksləri, tutumu 10 min ton olan 2 taxıl anbarı və bir soyuducu anbar kompleksləri inşa edilib, Qarabağ pambıqtəmizləmə və Bərdə çörək zavodları yenidən qurularaq müasir texnologiya ilə təchiz edilib. Yəni rayonun hərtərəfli inkişafı, sakinlərin həyat şəraitinin yaxşıldaşdırılması istiqamətində uğurlu layihələr həyata keçitrilib. Sosial istiqamətdə görülən dədbirlərdən biri də əlillər üçün yaşayış binalarının tikintisidir. Ötən il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası, 3 məktəb, rayon təhsil şöbəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin binaları istifadəyə verilib. Heydər Əliyev adına park-bulvarın tikintisi də başa çatıb. Hazırda Bərdə şəhərində “ASAN xidmət” Mərkəzinin, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, məcburi köçkünlər üçün 588 ailəlik yeni yaşayış məhəlləsinin, məktəb binasının, Ərazi Kənd Təsərrüfatı İdarəsinin, müasir yem zavodunun, tutumu 2 min ton olan soyuducu ambarın, Mollaisalar-Bayramlı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi davam edir. Təhsil, səhiyyə, mədəniyyət, infrastruktur layihələri uğurla həyata keçirilir. Bu il Bərdədə Nizami parkının, beşulduzlu mehmanxananın, 5 ümumtəhsil məktəbinin, tarix-diyarşünaslıq muzeyinin, 4 körpələr evi-uşaq bağçasının tikintisi nəzərədə tutulur.

Bu uğurların əldə edilməsində ötən illərdə görülən və həyata keçirilən tədbirlər də önəmli rol oynayıb. Məsələn, 2003-2013-cü illərdə rayonda ümumi məhsul buraxılışının həcmi 5,1 dəfə artaraq 64,4 milyon manatdan 329,8 milyon manata yüksəlib. Bu dövrdə sənaye məhsulu istehsalı 4,2 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 2,8 dəfə artıb, tikinti-quruculuq işlərinin həcmi 4223 min manatdan 121,1 milyon manata çatıb.

Regionların sosial-iqtisadi inkişafına Dövlət proqramlarının uğurlu icrası rayon əhalisinin güzəranının daha da yaxşılaşdırılmasına, real gəlirlərin artmasına səbəb olub. Son 10 ildə rayonda əhalinin pul gəlirləri 6,7 dəfə, orta aylıq əmək haqqı 8,6 dəfə artıb. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində yeni açılıb istehsal, emal və xidmət müəssisələri hesabına 2003-2013-cü illər ərzində 10 min 792-si daimi olmaqla 21,2 mindən çox yeni iş yerləri yaradılıb. 5640 şagird yerlik 14 ümumtəhsil məktəbi, ümumtəhsil məktəbləri üçün 2000 şagird yerlik 10 yeni korpus, 6 kənd həkim məntəqəsi, Qarabağ əlilləri və şəhid ailələri üçün 60 mənzilli 2 kommunal bina, 17 ədəd fərdi yaşayış evi, 13 və 36 mənzilli yaşayış binaları, məcburi köçkünlər üçün Təhlə kəndində 195 ailəlik qəsəbə, Həsənqaya kəndində kommunal binalardan ibarət 866 ailəlik yaşayış məhəlləsi, avtovağzal, Tərtər çayı üzərində piyada körpüsü, Olimpiya İdman Kompleksi, üzgüçülük hovuzu, uşaq xəstəxanasının 60 çarpayılıq korpusu, Müalicə Diaqnostika Mərkəzi, rəsm qalereyası, uşaq incəsənət məktəbi, “Aqrolizinq”in laqistik bazası, biolaboratoriya, sahə baytarlıq məntəqəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, qaz istismar, baytarlıq, su-kanal və maliyyə idarələrinin, təhsil şöbəsinin, regional pasport qeydiyyatı və miqrasiya xidmətinin inzibati binaları tikilib. Bundan başqa, Vergilər Nazirliyinin terminalı, Daxili Qoşunların şəxsi heyət üçün bina, Mərkəzi Meydan və Bayraq Meydanı, uşaq musiqi məktəbi tikilib, İstirahət parkı, Qəhrəmanlar parkı, Nüşabə parkı salınıb. Eyni zamanda 14 kəndi birləşdirən 22 kilometr uzunluğunda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı yolu yenidən qurulub. Bərdə şəhərindəki mehmanxana, 1 uşaq bağçası, ağciyər xəstəlikləri xəstəxanası, doğum evi, mərkəzi xəstəxananın 2 korpusu, mərkəzi poçtamt, şahmat məktəbi və tarix-diyarşünaslıq muzeyi, elektrik şəbəkəsinin və statistika idarəsinin inzibati binaları əsaslı təmir edilib.

 

Hazırda Bərdə rayonunda bütün qüvvələr “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasına səfərbər edilib. “Aqrolizinq” ASC-nin rayon “Aqrotexservis” filialı yeni kənd təsərrüfatı texnikası ilə təmin edilir, əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün meliorasiya-irriqasiya işləri görülür, yeni subartezian quyuları qazılır, kəndlər qazlaşdırılır, elektrik şəbəkələri yenidən qurulur, sənaye məhəlləsinin yaradılması üçün tədbirlər görülür. Bunlar Bərdə rayonun qarşıdakı illərdə də böyük uğurlar qazanacağından xəbər verir.

Tarix
25 Fevral 2015 [19:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin