Ana səhifə Mobil versiya
19 Sentyabr 2021

"Çıxış yolumuz yoxdur" - “NeftçI”nin baş məşqçisi

“Məğlubiyyət və hesab ürəyimizcə olmadı. Bu, planlarımıza daxil deyildi. İlk hissədən sonra həddindən artıq ümidlənmişdik. Planlarımız çox yaxşı alınırdı. Bakıdakı və Finlandiyadakı birinci hissəni müqayisə etsək, burada daha yaxşı təsir bağışlayırdıq. Bu komandaya qarşı onsuz da çətinlik çəkirdik. Premyer Liqamız başlayır. Bu oyunu unudub həm çempionatımıza, həm də Konfrans Liqasındakı görüşə köklənəcəyik. Gələcək oyunlara hazırlaşacağıq”.

Bu sözləri “NeftçI”nin baş məşqçisi Samir Abasov Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Finlandiya HİK-inə 0:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları matçdan sonrakı mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Heyətdəki problemlərdən dolayı mümkün idimi ki, “4-lü” müdafiə ilə, daha çox hücumameyilli oyun nümayiş etdirəsiniz?

- Fikirəşirəm ki, bu, təkcə müdafiə xəttinin problemi deyil. İlk qol müdafiəçidən çox yarımmüdafiəçinin səhvindən oldu. İkinci hissə başlayanda, Buqrin zamanında rəqib oyunçunu “bağlaya” bilmədi. Düşünürəm ki, bunlar aradan qaldırıla biləcək səhvlərdir. Bu sistemlə biz çempion olmuşuq, Gürcüstanda Tbilisi “Dinamo”suna qarş layiqli mübariə aparmışıq. Bəhanələrin və səbəblərin nədən olduğunu bilirəm. Buna baxmayaraq, bəzi epiodlarda çalışdıq ki, yaxşı iş görək. Oyunumuzda həddindən artıq fərqlilik var.

- Şablon səslənsə də, komandanın sanki “B” planı yox idi...

- Ümumiyyətlə, “B” planı hansı komandada olub? Mən ümumiyyətlə, belə şeylərə inanan biri deyiləm. Məsələn, rəqib bizə görə praqmatik futbol oynayırdı. “B” planının olması üçün həddindən artıq oyunçu kontingentin olmalıdır. Xeyli çalışmaq lazımdır ki, istədiyinə nail olasan. Nikbinliyimizi qoruyub saxlamayılıq. 

- HİK-i dişinizə görə rəqib saymaq olardı, lakin böyük hesablı məğlubiyyət oldu. Qarşıdan “Makkabi” (Hayfa) ilə oyun gəlir, hansı ki, özünüz də bilirdiniz, buna nisbətdə daha güclü rəqibdir. Bəs necə olacaq? Bir də dediklərinizdən hiss olunur ki, sanki ölkə çempionatını daha çox düşünürsünüz...

- Ümumiyyətlə, çıxış yolumuz yoxdur. Bəli, HİK-lə “Makkabi” arasında həddindən artıq böyük fərq var. Ancaq bilmək olmur ki, meydanda faktiki proseslər necə davam edəcək. Məsələn, onların Tbilisi “Dinamo”su ilə oyununa (5:0) baxmışdım, böyük hesablı qələbə qazansalar da, Gürcüstan təmsilçisi, qəribə səslənsə də, daha çox təhlükəli vəziyyət yaradırdı. Ona görə də bilmək olmaz ki, bizi həmin matçda hansı aqibət gözləyir? Bəlkə hər şey daha yaxşı ola bilər? Gözlədiyimizdən xeyli pis də ola bilər. Bu, məhz həmin andır ki, hazırlığa bağlı bir şeydir. Qaldı ki, çempionatımızı daha çox düşünməyimiz məsələsinə, ölkə çempionatını düşünməkdən başqa çarəmiz yoxdur. Qarşıdakı oyunumuz hər şeydən əvvəl ölkə çempionatındadır. Bu səhvləri aradan qaldırıb həmin matça köklənməliyik.

- Bu oyun ən çox əsəbiləşdiyiniz matçlardan biri oldu. Hansı oyunçular ümidləri doğrultmadı?

- Biz bu gün komanda şəklində oynayan kollektivə qarşı o cür də oynamalıydıq. Hazırlıqlı komandaya qarşı tədbirli olmalısan. Bu, o anlama gəlmir ki, 3-4 oyunçu zəif təsir bağışlaybsa, onlara görə uduzmuşuq. Bu gün bütün komanda olaraq məğlub olduq.

- Mirabdulla Abbasovun problemi nədir?

- Bəlkə də dediklərim sərt səslənə bilər. Doğrudan da hücum xəttində problemlərimiz var. Kollektivimizdə bu gün kim hazır idi? Onu nə siz, nə də mən bilə bilmərəm. Bizə edilən tənqidlər oyunun gedişində, bütün proseslərə görə verdiyiniz qiymətdir. Biz nə Ömər Buludovun, nə də digər futbolçuların, komandanın düşməniyik. 

- Ömər Buludov sanki psixoloji travmadan çıxa bilməyib...

- Bu cür oyunlar həm komanda, həm də reytinq xalı baxımından ölkəmiz adına vacibdir. Heç kim heç kimin düşməni deyil. Dünənə qədər heyət baxımından fikrimizdə başqa bir plan vardı. Məşq prosesini izləyəndən sonra heyət dəyişdi. Kənardan hər şey asan görünür. Belə oyunlarda vəziyyəti dəyişmək, manevrlər etmək üçün, əlində 30 futbolçun olmalıdır.///oxu.az

Tarix
12 Avqust 2021 [23:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-08-12 23:31:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin