Ana səhifə
19 Noyabr 2018

Xalq artisti danışa bilmir

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində yaranmış problemlə əlaqədar Almaniyaya aparılacağı haqqında məlumat vermişdik.

 

Ucnoqta.az xəbər verir ki, AzVision.az aktyorla əlaqə saxlayıb, hazırki durumu ilə maraqlanıb. 

Xalq artisti özü haqqında çox danışa bilməsə də, zəif səslə səhhətinin hələki normal olduğunu deyib. 

“Pis deyiləm. Hazırda özümü normal hiss edirəm.Hələ Bakıdayam. İndi həyətdə oturub hava qəbul edirəm. Mənə daha sual verməyin, danışa bilmirəm”-deyə R. Əzizbəyli bildirib. 

Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdən sonra aktyor evə buraxıldı. Hazırda ev şəraitində müalicə alır. 

 

Tarix
16 Oktyabr 2014 [13:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin