Ana səhifə
25 Sentyabr 2018

İŞİD rəsmi Ankaranı narahat edir - Davudoğlu

 “Ucnoqta.az”ın  Türkiyənin “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu “Əl-Cəzirə” telekanalına müsahibə verib. Baş nazir bildirib ki, Əyn-əl-Ərəb (Kobani) ətrafında vəziyyət gərginləşəndən bəri Türkiyə 200 min Suriya kürdünə sığınacaq verib: “Avropanın 3,5 il içində qəbul etdiyi qaçqın sayı bizim 3 gündə qəbul etdiyimizdən azdır”.

Ə. Davudoğlu qeyd edib ki, “İslam Dövləti” qruplaşmasının Türkiyə sərhədlərində güclənməsi rəsmi Ankaranı narahat edir: “Sərhədlərimizdə “İŞİD”in hakimiyyətini Türkiyə üçün strateji risk və təhlükə kimi görürük. Biz təhlükəsizlik bölgəsinin yaradılmasını istəyirik. Bufer ərazi nəzərdə tutmuruq. Bizim Suriyanın və ya heç bir dost ölkənin torpağında gözümüz yoxdur. Elə bir bölgə olmalıdır ki, ya BMT-nin, ya da beynəlxalq koalisiyanın təminatı altında insanlar oraya sığınanda bombardmanlardan və hücumlardan qorunacaqlarına əmin olsunlar. Bunu niyə istəyirik? Bu günə qədər Suriyadan Türkiyəyə qaçqın axınının artmasına səbəb Suriya rejiminin hava zərbələri olub. Hazırda Türkiyədə 1,8 milyon Suriya qaçqını var və onların 1,6 milyonu məhz Suriya rejimindən qaçaraq gəlib. Gördüyünüz kimi, hətta “İŞİD” zərərsizləşdirilsə belə, Suriya xalqı üzərindəki təhdidlər bitməyəcək”.

Davudoğlu həmçinin bildirib ki,  əgər həqiqətən bir müdaxiləyə ehtiyac varsa, bütün beynəlxalq ictimaiyyət birlikdə təkcə Əyn-əl-Ərəb bölgəsinə yox, Suriyadakı bütün zülmlərə müdaxilə etməlidir.

Ə. Davudoğlu vurğulayıb ki, Suriyada 300 mindən çox insanın ölümünə səbəb olan vətəndaş müharibəsində yeni qurbanların sayını azaltmaq üçün Hələb, İdlib, Əyn-Əl-Ərəb təhlükəsizlik bölgələri elan olunmalıdır: “Vaxtında ortaq fikrə gələ bilmədik deyə, Suriyada üç yüz mindən çox qardaşımız qətl edildi. Artıq ciddi tədbirlər almaq vaxtıdır”.

 

Tarix
16 Oktyabr 2014 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin