Aktiv vergi ödəyicilərinin sayı 4 faizə yaxın artıb - Mikayıl Cabbarov

11:32 - 5 Avqust 2021 - İQTİSADİYYAT

2021-ci ilin 6 ayı ərzində aktiv vergi ödəyicilərinin sayı bu ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 min 401 nəfərə çatıb

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
Nazir bildirib ki,Ölkədə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin sayının artması ilə müşayiət olunur:

"Bu dövrdə ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31 min 738-ə, qeydiyyata alınan obyektlərin sayı isə 5,8% artaraq 176 min 794 nəfərə çatıb".

Xəbər xətti