Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

09:54 - 5 Avqust 2021 - HADİSƏ

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki,”Mercedes” markalı avtomaşının sürücüsü, 28 yaşlı Əlihəsənov Rahib İldırım oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarət alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti