Türkiyədə 7 nəfəri evində qətlə yetirən şəxs həbs edilib - Video

23:03 - 4 Avqust 2021 - HADİSƏ

Konyada 7 nəfəri evində qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Konya Prokurorluğundan verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, 30 iyul 2021-ci il tarixində eyni ailədən 7 nəfərin qətlə yetirildiyi hadisədə ittiham olunan Mehmet Altun Baş Prokurorluğun apardığı araşdırma nəticəsində Bozkır rayonunun kəndində tutulub.

Hadisə ilə əlaqədar indiyədək M.Altunla birlikdə 15 nəfər həbs olunub, onların 4-ü azadlığa buraxılıb, digərləri cinayət məcəlləsinin “qəsdən adamöldürmə” maddəsi üzrə həbs olunub.

Xəbər xətti