Toyda 16 nəfəri ildırım vurub öldürdü

21:12 - 4 Avqust 2021 - HADİSƏ

Banqladeşdə toy zamanı 16 nəfəri ildırım vuraraq öldürüb.  

Ucnoqta.az xəbər verir ki, hadisə Padma çayında baş verib. Toy iştirakçıları qayıqla çayı keçərkən ildırım düşüb. Nəticədə 16 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Ölənlərin sayının artacağı istisna edilmir.///lent.az

Xəbər xətti