Yük avtomobilində xeyli sayda aksiz markasız siqaret aşkarlanıb - Foto

20:00 - 4 Avqust 2021 - HADİSƏ

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, idarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn "Foton" markalı yük avtomobilinə rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı monitorda avtomobilin kabinəsinin bir neçə hissəsində siqaretə bənzər təsvirlər müşahidə edilib.

Əsaslı yoxlama zamanı isə avtomobilin kabinəsinin çöl və daxili hissələrində olan boşluqlarda "Senator White Line", "Milano" və "Walden" adlı cəmi 31.400 ədəd aksiz markasız siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
 

Xəbər xətti