Türkiyədə meşə yanğınları ilə bağlı son vəziyyət - FOTO

19:21 - 4 Avqust 2021 - Xəbər

Türkiyənin Antalya, Aydın, Muğla, Sparta, Dənizli, Hatay və Adanada meşə yanğınları ilə mübarizə davam edir.

Bu barədə “TRT Haber” məlumat verir.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun da şəxsi “Twitter” səhifəsində yanğınlarla bağlı məlumat paylaşıb. O, son bir həftə ərzində Türkiyənin 40 vilayətində 183 yanğın ocağının meydana gəldiyini, onlardan 167-nin nəzarət altına alındığını, 16 yanğının isə lokallaşdırılması istiqamətində işlərin davam etdiyini bildirib. ///oxu.az


Xəbər xətti