Ana səhifə
19 Noyabr 2018

3 velosipedçimiz Avropa çempionatına yollandı

Ucnoqta.az xəbər verir ki, bu gün Fransanın Qvadelupa adasında velosiped idmanının trek növü üzrə Avropa çempionatına start veriləcək. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, qitənin 30-dan artıq ölkəsinin iştirak etdiyi yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq.

Təmsilçilərimizdən Olqa İsmayılova 200 və 500 metr məsafəyə sprint, həmçinin keyrin növündə qitə çempionatının medallarını qazanmağa çalışacaq. Digər qadın idmançımız Yelena Pavluxina fərdi izləmə, xal ötüşməsi, skretç və omnium yarışlarında çıxış edəcək. Sergey Omelçenko isə 200 metr məsafəyə sprint, həmçinin keyrin yarışlarında mübarizə aparacaq.

Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.

 

Tarix
16 Oktyabr 2014 [12:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin