Daha bir narkotik satıcısı saxlanılıb – FOTO

18:40 - 4 Avqust 2021 - HADİSƏ

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Anar Qabil oğlu Xəlilovun yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində satış məqsədilə saxladığı narkotik və elektron tərəzi tapılıb. 

Bu barədə Pentensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, onun evində satış məqsədilə saxladığı 158 qram çəkidə narkotik vasitə “Heroin”, 22 qram çəkidə psixotrop maddə “Metamfetamin”, 1,12 qram çəkidə narkotik vasitə “Tiryək”, 2 ədəd narkotik vasitə hesab edilən “Metadon” dərman həbi, 0,73 qram çəkidə narkotik vasitə “Qurudulmuş marixuana” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

 


Xəbər xətti