Təhsil naziri məktəblərin açılacağı xəbərinə münasibət bildirdi

18:31 - 4 Avqust 2021 - Xəbər

“Çalışacağıq ki, yaxın günlərdə növbəti tədris ilində məktəblərin açılacağı məsələsinə aydınlıq gətirək”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazir MİQ müsabiqəsində vakansiyaların açıqlanacağı vaxtı da bildirib: “Bütün fənlər üzrə vakansiyalar bu gün və ya sabah açıqlanacaq”.

E. Əmrullayev Qarabağ bölgəsi üçün vakant müəllim yerlərinin sayı barədə sualı da şərh edib: “Qarabağda vakant yerlərin sayını bilən kimi deyəcəyik”.///Apa

 

Xəbər xətti