Cəlilabadda piyada keçidlərindən istifadə etməyənlər cərimələniblər

17:05 - 4 Avqust 2021 - Xəbər

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə keçirilən profilaktiki tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyən piyadalar barəsində inzibati protokol tərtib edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, bu istiqamətdə təşkil olunan növbəti tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib və barələrində inzibati protokol tərtib edilib.

Reyd zamanı, həmçinin keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Xəbər xətti