General Hikmət Həsənova yeni vəzifə verildi

21:37 - 3 Avqust 2021 - Xəbər

Hikmət Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-mayor Heydər Piriyevə müavin təyin edilib.

Ucnoqta.az xəbər verir ki, general Hikmət Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbəri general-leytinant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.
Müdafiə naziri general - polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.///Sfera.az

Xəbər xətti