Daşkəsəndə 2 nəfər itkin düşüb

11:22 - 1 Avqust 2021 - HADİSƏ

Daşkəsən rayonunda 2 nəfər itkin düşüb.

Rayonun Alıxançallı kənd sakini, 2010-cu il təvəllüdlü İsmət Bayramov və həmkəndlisi, 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyulun 30-da həmin kənd ərazisində at gətirmək adı ilə evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların dumanlı havada azmaları ehtimal olunur.

Hazırda hər iki şəxsin axtarışları davam etdirilir./report

Xəbər xətti