Tovuzda avtomobil yoldan çıxaraq ağaca çırpılıb, xəsarət alan var

00:01 - 1 Avqust 2021 - HADİSƏ

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1984-cü il təvəllüdlü Əsgərov Rusal Qalib oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti