Gəncədə iki "VAZ" toqquşub, bir nəfər xəsarət alıb - Foto

21:16 - 31 İyul 2021 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "VAZ 21011" markalı avtomobil toqquşub.

Qəza zamanı 1996-cı il təvəllüdlü Kazımov Elxan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti