Ana səhifə
16 Noyabr 2018

Daşkəsən şəhərinin siması dəyişir

“Daşkəsən filizsaflaşdırma” ASC-də işçilərin sayı 650 nəfərə çatdırılacaq

 

 

 

 

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində Daşkəsən şəhərində də uğurlu nəticələr əldə olunub. Bu həm iqtisadi, həm də sosial sahələri əhatə edib. Daşkəsən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nüsrət Vəliyev bildirib ki, şəhərin ərazisində abadlıq və quruculuq işləri geniş miqyas alıb.Heydər Əliyev mərkəzində tamamilə yenidənqurma işləri aparılaraq müasir tələblər səviyyəsinə gətirilərək istifadəyə verilib. Heydər Əliyev prospektində maşınların və sakinlərin təhlükəsizliyini nəzərə alıb rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə Daşkəsən şəhərinin girəcəyində Daşkəsən şəhər avtovağzalının müasir qaydada tikintisi başa çatdırılıb, yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılıb. Bu tikintinin həyata keçirilməsi şəhərin girəcəyinin görünüşünü tamamilə gözəlləşdirib. Bundan başqa, Daşkəsən şəhərinin küçə və meydanlarına 26 min kv. metr sahəyə yeni asfalt örtüyü salınıb. Şəhərin küçələrində 6 min kv.metr sahəsi olan istinad divarları təmir  olunub, o cümlədən 3 min kv. metr istinad divarları bəzək daşları ilə üzlənib. Bundan əlavə şəhərin 35 çoxmərtəbəli yaşayış binalarının fasadları təmir olunaraq rənglənib. Şəhərin küçələrində səkilərə 4 min kv. metr tamet daşı düzülərək 5min kv.metr mərmər bardur quraşdırılıb. Onun sözlərinə görə, Heydər Əliyev meydanında və Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılaraq səliqə-səhman yaradılıb.Şəhərin meydan və küçələrinə yeni işıqlandırma sistemləri quraşdırılaraq tam müasirləşdirilməsi həyata keçirilib.
Nüsrət Vəliyev deyib ki, 10 iyun 2014-cü il tarixində Daşkəsən şəhəri, Alunitdağ və Mədənçilər qəsəbələrinin ərazilərində güclü təbii fəlakət hədisəsi baş verib. Həmin təbii fəlakət nəticəsində şəhər və qəsəbələrin yaşayış və inzibati binaların dam örtüklərini 30-50 mm ölçüdə olan dolu yağıntısı tamamilə bərbad hala salıb. Təbii fəlakətin vurmuş olduğu zərərin aradan qaldırılması üçün rayon İcra Hakimiyyətinin Başçısı dəfələrlə Respublikanın Baş Nazirinin və Fövqalədə Hallar Nazirinin qəbulunda olaraq məsələlər qaldırıb və zərərin aradan qaldırılması üçün lazimi köməkliklərin göstərilməsinə nail olub. Görülmüş tədbirlərin nəticəsidir ki, şəhər və qəsəbələrdə 115 çoxmərtəbəli yaşayış binalarının dam örtükləri tamamilə dəyişdirilərək müasir tipli metal lövhəli (çerepisa) şiferlərlə əvəz edilib. Hal-hazırda bu sahədə işlər davam etdirilir və başa çatdırılması üçün 24 coxmərtəbəli yaşayış binası qalıb.
 2014-cü ildə Şəhər nümayəndəliyi inzibati dairəsində yerləşən xidmət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər görülüb.Görülən tədbirlərin müsbət nəticəsi ondan ibarət olub ki, nümayəndəliyin tərkibinə daxil olan yaşayış məntəqələrində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında xeyli dönüş yaranıb. 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planında nəzərdə tutulmuş təmir işlərinin vaxtında həyata keçirilməsi nəticəsində əhalinin elektrik enerjisi və qazla təminatında indiyədək heç bir fasiləyə yol verilməyib. Paylayıcı Elektrik Şəbəkəsi və Qaz-İstismar İdarəsi tərəfindən şəhərin və qəsəbələrin əhalisinə satılıb elektrik enerjisi və qazın dəyərinin toplanması işində dönüş yaranıb. 2014-cü ildə elektrikenerjisi və qazın dəyərinin ödənilməsi 100 faizə çatıb.
Daşkəsən şəhərinin içməli suya olan tələbatını yaz-payız mövsümündə Qoşqar-Daşkəsən su xəttindən istifadə etməklə, qış aylarında isə Gürbulaq kəndində yerləşən su anbarlarından elektrik nasosları vasitəsilə ötürülən su ilə həyata keçirilir. Qoşqar-Daşkəsən su xətti Daşkəsən şəhərinin yaz-payız mövsümündə su təminatının  tam  ödənilməsinə imkan verir.Lakin yay aylarında Xoşbulaq kəndində yerləşən istirahət zonasında su xəttinə tez-tez müdaxilələr olur ki, bu da şəhərin su təminatında problemlər yaradır. Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihənin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyati üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün Beynalxalq tender keçirilmiş və yaxın günlərdə layihənin həyata keçirilməsinə başlanacaqdır.
 Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır. Ötən il ərzində Kommunal Müəssisələri Kombinatının fəaliyyətində xeyli dönüş yaranıb. Belə ki,KMK-nın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Hal-hazırda kombinatın bazasında 12 ədəd yeni xüsusi təyinatlı texnika vardır ki,bu da bu sahədə olan işlərin tamamilə vaxtında görülməsinə imkan verir.
   2014-cü il ərzində xüsusi təyinatlı 1 ədəd yükünü özüboşaldan müasir tipli, çoxtonlu yük avtomobili və 40 ədəd müasir tipli zibil qutuları Bakı şəhərindən gətirilərək KMK-ın balansına verilib. Bundan başqa, nümayəndəliyin Mədənçilər və Alunitdağ qəsəbələrində təmizlik-sanitariya işləri aparılaraq zibil qutuları ilə təmin edilib və gündəlik zibil tullantılarının daşınması təşkil edilib.Bununla belə keçən hesabatda qeyd edildiyi kimi kombinatın ayrı-ayrı idarə və müəssisələrdə əlaqəsi yenə də zəifdir,onlarla bağlanmış müqavilələrin şərtlərinə tam əməl edilmir,əhali tərəfindən kommunal xərclərin ödənilməsində lazımi qayda yaradılmır.Bütün bu faktlar nəticə etibarı ilə müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsinə mənfi təsir göstərir.
Daşkəsən şəhərində yaşıllıq zolaqlarının salınması və müxtəlif növ yeni ağacların əkilməsi və onlara qulluğun yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb..Belə ki,şəhərin girəcəyində yaradılmış meşə zolağına, məktəb və yaşayış binalarının ətrafına hesabat dövründə 2600 ədəd Sərv, Şam ağacları və 10000 ədəd gül  kolları əkilmişdir. Bundan başqa  2400 kv.metr sahəyə yaşıllıq zolağı salınıb.Salınmış yaşıllıq zolaqlarına və əkilmiş ağaclara yüksək səviyyədə qulluq göstərilib.
O deyib ki, şəhərin taleyində “Daşkəsən filizsaflaşdırma” ASC-nin oynadığı rol hamıya yaxşı məlumdur. Keçən il müəssisədə yeni texnologiyaların tətbiqi, fiziki və mənəvi cəhətdən köhnəlmiş dağ-mədən avadanlıqları və nəqliyyat vasitələrinin təzələnməsi istiqamətində xeyli iş görülüb, yeməkxana və digər sosial obyektlərin təmiri, fəhlələrin isti yeməklə təmin olunması işində ciddi dönüş yaradılıb. Bu gün kombinatda 371 nəfər işçi qüvvəsi mövcuddur. Kombinatda orta aylıq əmək haqqı 450 manat təşkil edir. 2014-cü il ərzində Filizsaflaşdırma kombinatına 10 ədəd 45 tonluq və 2 ədəd 140 tonluq «BELAZ» markalı çox tonnajlı yükünü özüboşaldan xüsusi təyinatlı avtomaşın alınaraq istifadəyə verilib. Bundan başqa xeyli miqdarda Dağ-mədən vavdanlıqları alınaraq istehsala tətbiq olunub. Bundan əlavə saflaşdırma fabrikində daha yüksək tərkibli dəmir filiz konsentratı istehsal etmək üçün rekonstruksiya işləri aparılır. Bu də imkan verir ki, yaxın vaxtlarda kombinatda işçilərin sayının 650 nəfərə çatdırılsın.
Şəhər Nümayəndəliyinin ərazisində 5 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, həmin məktəblərdə təhsil alan 1166 şagirdin təlim-tərbiyəsi ilə 184 müəllim məşğul olur. İl ərzində nümayəndəlik ərazisində olan 5 məktəbin istilik sistemi ən müasir istilik sistemi olduğundan, bu sahədə mövcud problemlər aradan qaldırılıb. Bundan başqa, tədris ilinin başlanması ilə əlaqədar məktəblərdə əsaslı və cari təmir işləri görülərək səliqə-səhman yaradılıb. Nüsrət Vəliyev deyib ki, ümumiyyətlə məktəblərdə təlim-tərbiyə işlərinin keyfiyyəti müasir tələblər səviyyəsinə yüksəldilməli, pedaqoji kollektivlərin fəaliyyətinə nəzarət gücləndirilməlidir. Bunu hər şeydən əvvəl rayon rəhbərliyinin ümumtəhsil məktəblərinə göstərdiyi gündəlik qayğı onların problemlərinin həllinəyönəldən diqqət tələb edir.
      

 

Tarix
23 Fevral 2015 [19:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin