Salyan sakini sahibsiz itlərin hücumuna məruz qalıb

09:02 - 29 İyul 2021 - HADİSƏ

Salyan rayonunda 26 yaşlı gənci it dişləyib. “Report”un məlumatına görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Hüseynov Etibar Etibar oğlu yolda gedən zaman qəfil sahibsiz itlərin hücumuna məruz qalıb. İtlərdən biri onu dişlyərək müxtəlif dərəcəli xəsarət yetirib. E. Hüseynov Salyan mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəbər xətti