Ana səhifə
20 Noyabr 2018

“İlk dəfə 2017-ci ildə istifadəyə veriləcək” - Ziya Məmmədov

Azərbaycanda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə həsr olunan tədbir keçirilir. 
 

 

Ucnoqta.az” xəbər verir ki, tədbiri giriş sözü ilə açan baş nazirin müavini Abid Şərifov prezident İlham Əliyevin iştirakçılara ünvanladığı məktubu oxuyub. Prezident məktubda qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan nəqliyyatının inkişafında əhəmiyyət daşıyır və bu sahədə yeni mərhələnin başlanğıcı olacaq.

Bundan sonra Nəqliyyat naziri Ziya Məmmədov çıxış edib. 

Z.Məmmədov bildirib ki, Azərbaycanda nəqliyyat sahəsi xüsusi əhəmiyyət kəsb edir: “Bu sahədə aparılan siyasət nəticəsində infrastruktur yenilənir, intellektual nəqliyyat sistemindən istifadə edilir və əlverişli investisiya şəraiti yaradılıb. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu işlər uğurla davam etdirilir.

Son 5 ildə nəqliyyata cəlb edilən ümumi investisiya iqtisadiyyatın digər sahələrinə cəlb edilən investisiyanın 20%-ni təşkil edir”. 

Nazir xatırladıb ki, dəmir yolu xəttin tikintisi 2007-ci il fevralın 7-i Tbilisidə hökümətlərarası sazişin imzalanması ilə başlayıb: “Azərbaycan xəttin Gürcüstan ərazisində tikintisinin aparılması üçün 775 milyon dollar güzəştli kredit ayırıb. 2017-ci ildə ilk sınaq qatarı istifadəyə veriləcək. Yükdaşımanın illik həcmi həmin xəttin istifadəyə verildiyi ilk 3 il ərzində 3 milyon, 5 il ərzində 5 milyon, 10 il ərzində isə 10 milyon tona çatacaq. Bu dəmir yolu xətti vasitəsilə beynəlxalq sərnişindaşıma da həyata keçiriləcək”.

Nazir bildirib ki, bu layihəyə qoşulmaqda marağı olan digər ölkələr də sazişə qoşula bilər.(Qafqazinfo.az)

 

Tarix
16 Oktyabr 2014 [12:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin