"Sərhəd boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır" - Leyla Abdullayeva

10:15 - 28 İyul 2021 - SİYASƏT

"Azərbaycan-Ermənistan sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.

"Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər hissəsində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. 2 Azərbaycan hərbçisi yaralanıb. İki dövlətin dövlət sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır!", -deyə Azərbaycan XİN sözçüsü bildirib.

Xəbər xətti