Bakıda ”Shacman” karantin postuna çırpılıb     
                    
                     
                    
                        
                                         
             
            08:03  -  28 İyul   2021 -  HADİSƏ
                    
                    
                                                                  
                                                  
                            
                            Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Ələt qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı karantin postuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.