Sumqayıtda 40 yaşlı kişi qətlə yetirilib

00:06 - 28 İyul 2021 - HADİSƏ

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb.

Hadisə şəhərin Cerkassı küçəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Quliyev Nurəddin Fəxrəddin oğlu aralarında düşən mübahisə zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

40 yaşlı kişi aldığı bıçaq zərbələrindən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

N.Quliyevi öldürən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti