Bunlar vaksinasiya prosesini sürətləndirəcək - Vüqar Bayramov

Aydındır ki, yeni qaydaların tətbiqində məqsəd vaksinasiya prosesini sürətləndirməkdir. Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin gücləndirilməsinə və prosesin tam elektronlaşdırılmasına ehtiyac var.

Ucnoqta.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, daha məqsədəuyğun olardı ki, iri ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVID-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın: "Bu proses elektron nəzarəti formalaşdırmaqla yanaşı, növbələrin sayını və kənar müdaxilələri azaldar. Sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 4 milyon 564 min peyvənd aparılıb. Hər iki doza üzrə peyvənd olunanların sayı isə 1 milyon 910 min nəfərdir. "Bloomberg"in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 19,1 faizi hər iki doza üzrə peyvənd olunub. Göründüyü kimi, tam vaksinasiya səviyyəsinə görə Azərbaycan MDB-də birinci olsa da, peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 faizlik tövsiyəsindən aşağıdır.

Digər tərəfdən, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Pandemiyanın ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədəuyğun olardı. Bütün bunlar vaksinasiya prosesinin sürətləndirilməsinə dəstək ola bilər".

Tarix
27 İyul 2021 [14:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-07-27 14:53:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin