Çində 3 nəfərdə quş qripi aşkarlanıb, onlardan biri ölüb

00:37 - 24 İyul 2021 - DÜNYA

Çinin cənub-qərbində üç nəfər “H5N6” quş qripi virusuna yoluxub.

APA-nın məlumatına görə, bu barədə Honqkonq Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, yoluxanlardan biri – Syuanxan əyalətinin Xuanhanq şəhər sakini, 51 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Onun quş ətindən yoluxduğu bildirilir. Qadında iyunun 25-də quş qripinin simptomları aşkar edilib, iyulun 3-də xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Xəbər xətti