Azərbaycanın məşhur idmançısı vitse-prezident təyin olundu - FOTO

19:27 - 23 İyul 2021 - Xəbər

Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat reallaşıb.

Oxu.Az xəbər verir ki, dünya və Avropa çempionu Ramal Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

Təyinat AKF-nın fəxri prezidenti, İdarə Heyətinin Sədri, Milli Məclis Sədrinin müavini Adil Əliyev və AKF-nın prezidenti Orxan Əliyev tərəfindən rəsmiləşdirilib.

Qeyd edək ki, peşəkar kikboksinqdə “Lord” ləqəbi ilə tanınan Ramal Aslanov Əməkdar idman ustası, Azərbaycan Prezidenti mükafatçısıdır. O, 11 dəfə Azərbaycan çempionu, 2019-cu ildə WAKO dünya çempionu, FF (Faith Fight) Qran Pri dünya kəmərinin sahibidir (2016-2018).

Ramal Aslanov hazırda həmçinin milli komandanın kapitanı və AKF İdarə Heyətinin sədr müavinidir.

 

Xəbər xətti