Türkiyədə miqrantları daşıyan qayıq batıb

18:01 - 23 İyul 2021 - DÜNYA

Türkiyədə Antalyanın Aralıq dənizindəki Kaş sahilində içində 45 nəfər olan qayıq batıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Müdafiə Nazirliyi hadisə yerinə iki hərbi gəmi göndərib. Gəmilərdəki heyətlərin axtarış və xilasetmə tədbirləri davam edir.

İçində qanunsuz miqrantların olduğu ehtimal edilən qayığın dünən axşam saatlarından batdığı vurğulanıb.

Xəbər xətti