Ana səhifə
19 Sentyabr 2018

Azərbaycan əhalisinin sayı açıqlandı

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 75,4 min nəfər və ya 0,8 faiz artaraq 2014-cü il sentyabr ayının 1-nə olan vəziyyətə görə, 9 552,5 min nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir.

Cari ilin ilk səkkiz ayı ərzində ölkədə 112,0 min körpə dünyaya göz açıb və ötən ilin müvafıq dövrünə nisbətən bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə qalıb (17,8). Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır.

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafıq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Ölkədə rəsmi orqanlar tərəfındən 53,4 min nikah və 8 min boşanma halları qeydə alınıb və 2013-cü ilin müvafıq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,7-dən 8,5-ə qədər azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.

2014-cü ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafıq qurumları tərəfındən Azərbaycana daimi yaşamaq üçün 1299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınıb.

Tarix
16 Oktyabr 2014 [12:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin