Ana səhifə
18 Noyabr 2018

Nazirlik mənzil tikir – Əlillər üçün

Əlil və şəhid ailələri üçün yeni çoxmənzilli yaşayış binasının inşasına başlanılıb.

 

Ucnoqta.az” xəbər verir ki, bu barədə Axar.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər. ƏƏSMN-nin şifarişi ilə Bakı şəhərinin Nizami rayonunda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün 12 mərtəbəli 96 mənzilli yaşayış binasının inşasına başlanılıb.

 

Hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli  yaşayış evləri inşa etdirilir.

 

Xatırladaq ki, bu ilin ötən dövründə ƏƏSMN-nin sifarişi ilə ölkənin müxtəlif regionlarında inşa olunmuş binalarda ümumilikdə 172 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib.

 

Nazirlikdən qeyd ediblər ki, Prezidentin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən 2014-cü ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması həyata keçiriləcək.

 

Tarix
3 Oktyabr 2014 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin