Ana səhifə
14 Noyabr 2018

Qatar kişinin üstündən keçdi - Bakıda

Sabunçu rayonu ərazisində qatar kimliyi bilinməyən kişini vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

“Tümen-Bakı” sərnişin qatarı Sabunçu rayonundakı dəmiryolu vağzalının yaxınlığından keçərkən şəxsiyyəti məlum olmayan, təxminən 45-50 yaşlarında olan kişini vurub.Qatar vuran şəxsin meyitini səhər saatlarında hadisə yerindən keçən qəsəbə sakinləri görərək, Sabuçu Xətt Polis Şöbəsinə məlumat veriblər. Hadisə şahiddlərinin verdiyi məlumata görə, meyit parça-parça olduğundan heç kim tanıya bilməyib.

Sabuçu Xətt Polis Şöbəsindən də faktı təsdiqləyiblər. Şöbədən bildirilib ki, şəxsiyyəti məlum olmayan şəxsi gecə saat 01:50 radələrində “Tümen-Bakı” sərnişin qatarı vurub.

Hadisə ilə bağlı araşdırma aparılır.(Virtualaz.org)

 

Tarix
16 Oktyabr 2014 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin