Ana səhifə
22 May 2018

Mətbuat Şurasına üzvlük qaydaları təsdiqləndi

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda müzakirə edilən məsələ Şuraya üzvlük qaydalarının yeni variantı olub.

 

 

 

MŞ sədri Əflatun Amaşov bildirib ki, yeni variant İdarə Heyətinin üzvləri ilə bir neçə dəfə müzakirə olunub. Sənədə ekspertlər də rəy veriblər. Şura sədri qaydaların İdarə Heyətinin ötən iclasında əsas olaraq qəbul edildiyini diqqətə çatdıraraq orada yer alan bir sıra prinsipial məqamlardan söz açıb. «Ümumən qaydalar bütün növ media fəaliyyəti ilə məşğul olan qurumlar üçün eyni tələbləri müəyyənləşdirir. Başlıca tələb peşə prinsiplərinə riayət etmək, iş mütəmadiliyini qorumaq və fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələblərə uyğun qurmaqdır. Müəyyən spesifik cəhətlər də var ki, onlar əsasən onlayn media resursları ilə bağlıdır. Digər tərəfdən, ənənəvi kütləvi informasiya vasitələrinin, yəni qəzet və jurnalların lazımi tiraj göstəricilərinin dəqiqləşdirilməsi də önəmli cəhətdir», - deyən Ə.Amaşov qaydalarda Şuraya üzv olmaq istəyən təşkilatlar üçün zəruri fəaliyyət ardıcıllığının müəyyənləşdirilməsini də vacib cəhət kimi önə çəkib.

 

Müzakirələr gedişində sənəd qəbul edilib. MŞ-yə üzv olmaq istəyən qurumların məsələsinə yeni qaydalara əsasən baxılması qərara alınıb. Qaydalar MŞ-nin rəsmi veb-səhifəsində yerləşdiriləcək.

 

Tarix
20 Fevral 2015 [18:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin