Ana səhifə
20 Noyabr 2018

Pyes yazanlara şad xəbər

Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə “Hədəf” nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” ədəbi mükafatının pyes müsabiqəsi bu il ikinci dəfə keçiriləcək.

 

 

 

Ucnoqta.az AzərTAc-a istinadən xəbər verir ki, layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin münsiflər heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

 

Qeyd edək ki, müsabiqənin təşkilat komitəsi əsərlərin mətni üçün işarə sayı məhdudiyyətini ləğv edib.

 

Fevral ayında start verilən müsabiqəyə cari ilin avqustunda yekun vurulacaq. Mükafatlandırma isə sentyabrda təşkil olunacaq.

 

Müsabiqəyə 40 yaşadək yazarlar pyeslərini təqdim edə bilərlər. Mövzu seçimi sərbəstdir.Əsərlərin qəbuluna 21 fevralın-Beynəlxalq Ana Dili Günündə başlanılacaq və mayın 1-də başa çatacaq.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Kitabevim.az kitab mağazaları şəbəkəsinin təşkilatçılığı ilə təşkil olunan müsabiqənin qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq.

Tarix
20 Fevral 2015 [18:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin