Ana səhifə
24 Sentyabr 2018

İlham Mirzəyevin klinikası əlindən alındı

"Ucnoqta.az" xəbər verir ki, dələduzluğa görə 4 il 6 ay həbs cəzası alan məşhur teleaparıcı, falçı, baxıcı-görücü İlham Mirzəyevin klinikası işləyir. İ.Mirzəyev həbs olunduqdan sonra da onun rəhbəri olduğu “İlhaMed” klinikası fəaliyyətini davam etdirir.

Klinikanın tibb personalı vətəndaşları qəbul edir, xəstələri müayinəsi ilə məşğuldur. Amma “İlhaMed” məhbus teleaparıcının əlindən alınıb. Məlumatlara görə, klinikanın sahibi dəyişib və İ.Mirzəyevin nəzarətindən çıxıb. Ona görə də tibb müəssisəsinin fəaliyyəti dayandırılmayıb.

"Hakim onun həbsinə qərar versə də, İlham Mirzəyev məhkəmənin hökmünü ədalətsiz sayır. Bu səbəbdən də mütləq surətdə apelyasiya şikayəti veriləcək" -bu barədə ANS-ə teleaparıcının vəkili Xanlar Bayramzadə məlumat verib. 

X.Bayramzadənin sözlərinə görə, məhkəmədə şikayətçilər İ.Mirzəyevdən şikayətçi olmadıqlarını bildiriblər: “Ümumiyyətlə, bu maddə ilə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Çünki bunlar mülki xarakterli məsələlərdir. Məhkəmə iclasları boyu da bu fikirləri səsləndirdim. Təəssüf ki, hakim Məzahir Sadıqov belə qərar qəbul etdi”. 

İ.Mirzəyevin məhkəmədən sonra səhhətinin ağırlaşdığını söyləyən X.Bayramzadə teleaparıcının Bakı İstintaq Təcridxanasının sanitar hissəsində müalicə aldığını qeyd edib: “Məhkəmədən sonra səhhəti daha da ağırlaşıb. Həm belindəki yırtıqdan əziyyət çəkir, həm də əsəb-sinir sistemi çox pis pozulub, hazırda müalicə alır”. 

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İ.Mirzəyev isə çıxışında onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, İ.Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur (musavat.com).

Tarix
16 Oktyabr 2014 [11:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin