Türkan paltar alıb pulunu vermədi, qalmaqal yarandı - FOTO

10:21 - 9 İyul 2021 - MAQAZİN

Mətbuatda müğənni Türkan Vəlizadənin mağazalardan birindən paltarlar alıb pulunu qaytarmadığı haqqında xəbərlər yayılıb.

Sənətçi bununla bağlı açıqlama verib. O vaxtı olmadığı üçün geyimləri qaytara bilmədiyini deyib:

“Sosial şəbəkələrdə haqqımda xoşagəlməz xəbərlər gördüm. Məni sevənlər və tanıyanlar bilir ki, mən elə insan deyiləm. Stilim və geyimlərim üzərində Mikayıl məşğul olduğuna görə bunların heç birindən xəbərim olmayıb.

Hər kəs də bilir ki, biz sənətçilər libaslarımızın 90 faizini alırıq. Sadəcə olaraq vaxtım olmadığına görə o paltarı qaytara bilmədim. Hər zaman hər kəsə kömək və dəstək olmuşam. Bunu bilənlər bilir. Məncə belə paylaşım etməyə ehtiyac yox idi”.

Xatırladaq ki, geyimlərin onlayn satışını həyata keçirən mağazalardan biri Türkanın oradan 800 manatlıq bahalı paltarlar alaraq nə ödəniş etdiyini, nə də libasları geri qaytardığını idda edib.///baku.ws

 


Xəbər xətti