Ana səhifə
21 Noyabr 2018

Daşkəsən rayonunda 736 aztəminatlı ailə ünvanlı sosial yardım alır

Əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox tədbirlər həyata keçirilib

 

 

 

 

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində Daşkəsən rayonunda sosial istiqamətdə mühüm işlər görülüb. Əhalinin həyat şəraiti xeyli yaxşılaşıb. “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2014-cü il tarixli 790 nömrəli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb. 2014-cü il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb. Statistika idarəsinin inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Quşçu qəsəbəsində qəza vəziyyətində olan binanın sakinlərinin köçürülməsi üçün 16 mənzilli yaşayış binasının tikintisi başa çatdırılıb. Bundan başqa, S.Vurğun adına 4 saylı şəhər, Alunitdağ qəsəbə, Kəmərqaya, Astaf kənd tam, Əhmədli, Xoşbulaq kənd ümumi orta məktəblərində və Quşçu kənd uşaq bağçasında, Qabaqtəpə kənd xəstəxanasında, Zəylik və Çovdar tibb məntəqələrində Xoşbulaq 2 saylı kitabxanasında, Qazaxyolçular kənd klubunda və Quşçu kənd mədəniyyət evində təmir işləri aparılıb. Eyni zamanda, Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir olunub, Daşkəsən şəhərinin girəcəyindən başlamaqla Heydər Əliyev prospektinə və Heydər Əliyev meydanına və bəzi küçələrə yeni asfalt örtüyü salınıb. Şəhərin girəcəyində Mərkəzi Kitabxana əsaslı təmir olunub. Rayon ərazisində bir sıra körpülərin də təmiri həyata keçirilib. Alunitdağ qəsəbəsində isə 35/6 kv-luq elektrik yarımstansiyanın tikintisi davam etdirilir.Nəzərdə tutulan dövrdə Daşkəsən şəhərində 136-dan artıq çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunub və hazırda bu işlər davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı daha sonra vurğulayıüb ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Rayonda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində əlverişli şərait var.
Azərbaycan  Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli,118 nömrəli Fərmanı ilə «Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilib. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə  tutulub. Bu  tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən rayonu bölmələrində qeyd edilib. “Yeni Daşkəsən” layihəsi işlənib elmi əsaslarla hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi   qarşıya qoyulub.
Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilir və dəstəklənir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra tədbir iştirakçılarının diqqətinə çatdıraraq vurğuladı ki,  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan olunub. Məlumdur ki, dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına daimi diqqət və qayğı göstərilir. “Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin  saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq  2014-cü il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam  etdirilib. Torpaqların hərrac vasitəsilə vətəndaşlara verilməsi üçün rayonda komissiya yaradılıb. Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi haqqında 1344 saylı, 27.12.2012-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət edilib.
Daşkəsənin yay otlaqları bu rayonun milli sərvətidir. Lakin rayon bu  sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət rayonda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, krinimal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu. Çünki yuxarıda qeyd edildiyi kimi rayonun ərazisində yerləşən yay otlaqları (rayonun inzibati ərazisində mövsud olan 31706 hektar yay otlağının böyük bir hissəsi 27393 hektar olmaqla ətraf rayonlara təhkim edilmişdir) sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə qonşu 7 rayon arasında bölüşdürülmüşdü.Daşkəsən rayonunu  ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların  mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Daşkəsən rayonunun ərazisindən digər rayonların istiafdəsinə verilmiş Dövlət fondu yay otlaq  sahələrinin Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi  xahiş olunmuş, məhz Prezident İlham Əliyevin tapşırığına əsasən məsələyə baxılaraq, müraciət müsbət həll olunub, bu barədə Nazirlər Kabineti müvafiq sərəncam verib.
2014-cü ildə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi  Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edən 803 ailədən qanuna müvafiq olaraq 736 aztəminatlı ailəyə (3060 nəfər ailə üzvünə) ünvanlı Dövlət sosial yardımı təyin olunub.

Ümumilikdə hesabat ilində aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox tədbirlər həyata keçirilib. Pensiya və müavinətlərin vaxtında və ödənişin mütərəqqi üsullarla əhaliyə çatdırılması sahəsində xeyli işlər görülüb.  
Belə ki, pensiya və müavinətlərin bankomatlarla verilməsi üçün Daşkəsən şəhərində bankomatlar quraşdırılıb, hazırda pensiya müavinət alanların hamısının ödənişləri həmin bankomatlardan alınır. Bu sahədə mövcud vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə bəzi yaşayış məntəqələrində də Quşçu və Xoşbulaq kəndləri ərazisində Beynəlxalq Bankın bankomatlarının quraşdırılması və yaxud rayonda səyyari bankomatların tətbiqinə ehtiyac var.
2014-cü ildə rayon üzrə iqtisadi fəal əhali 18 min 819 nəfər olub, onlardan məşğul əhali 18 min 154 nəfərdir. 2014-cü ildə  əhaliyə xidmət göstərən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində bir sıra işlər görülüb.. Bir çox ticarət obyektləri müasir formada yenidən qurulub, yeni ticarət obyektləri, yeni məişət kompleksi yaradılıb. Telekommunikasiya Qovşağı tərəfindən geniş zolaqlı internet xidməti 263 portdan  729  porta çatdırılıb. Hesabat ilində rayon icra hakimiyyətində və Rayon İcra Hakimiyyəti Başçısının Şəhər, Zağalı, Bayan və Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində operativ idarəetmə mərkəzləri  yaradılıb və bu sahədə əlavə tədbirlər həyata keçirilir.
2014-cü il ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən bir sıra işlər  görülüb. Belə ki, yolların saxlanması və təmiri üzrə 1 milyon 133 min manatlıq iş görülüb. 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini  birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunub və bu tədbirin həyata keçirilməsi «Azərbaycan  Respublikası  regionlarının 2014-2018-ci  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na daxil  edilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev digər uğurlardan və nailiyyətlərdən də danışaraq vurğulayıb ki,  Daşkəsən rayonunda  enerji daşıyıcılarından və içməli sudan səmərəli istifadə edilməsi və onların dəyərinin ödənilməsi üzrə rayon İcra Hakimiyyəti  Başçısı yanında yaradılmış qərargahın fəaliyyəti daha da gücləndirilib. Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə  təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib.

 

Tarix
20 Fevral 2015 [13:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin