Ana səhifə
18 Noyabr 2018

Ən yaxşı üç yazı...

GİZ-in müsabiqəsi yekunlaşıb

Ən yaxşı üç yazı müəllifi mükafatlandırılıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” regional proqramıçərçivəsində keçirdiyi növbəti müsabiqəyə yekun vurub. “Miqrasiya hüququ sahəsində qanunvericilik və onun tətbiqi praktikası” mövzusunda keçirilən müsabiqəyə 11 yazı daxil olub. Yazılar Azərbaycanda miqrasiya hüququnun əsasında dayanan prinsiplər, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti, viza məsələləri ilə bağlı olub. Jurnalistlər, həmçinin əmək miqrasiyası, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda əmək fəaliyyəti, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət, miqrasiya hüququnun pozuntusu ilə bağlı mübahisələr üzrə məhkəmə təcrübəsi, bu sahədə ölkədəki durumun mütərəqqi xarici təcrübə ilə müqayisəli təhlili mövzularına müraciət ediblər. Müsabiqənin nəticəsinə görə, Aynur Elgünəş I («Geri gayidan migrantlar», Var.az saytı), Xalid Vahidoğlu II («Vətəndaşlıq almaq üçün itirilən 24 il», «Üç nöqtə» qəzeti), GunayMusayeva III («Əcnəbi işçi qüvvəsi: kim qazanır, kim itirir», «Musavat.com»saytı) yeri tutub.

Tarix
16 Oktyabr 2014 [11:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin