Ana səhifə
15 Noyabr 2018

Avstiya ölkəmizə yeni səfir təyin etdi

Avstriya Azərbaycana yeni səfir təyin edib.

 

Ucnoqta.az xəbər verir ki, Avstriyanın Azərbaycandakı səfirliyindən Trend-ə bildirilib ki, bu vəzifəyə Mag. Aksel Vex təyin olunub. Aksel Vex Azərbaycanda diplomatik fəaliyyətinə bu il dekabrın 1-dən başlayacaq. Avstriyanın Azərbaycandakı yeni səfiri bu vəzifədə Silvia Mayer-Kaybiçi əvəz edəcək.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Aksel Vex 1992-ci ildə Qrats Universitetində hüquq üzrə ali təhsil, Mag.iur. elmi dərəcəsini alıb.1998-1999-cu illərdə Avstriyanın Brüsseldəki səfirliyində attaşe kimi fəaliyyət göstərib. O,1999-2000-ci illərdə Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirlikdə, Avstriyanın Yeni Dehlidəki və Braziliyadakı səfirliklərində fəaliyyət göstərib. 2005-cı ildə Şri Lankada sunami ilə bağlı yardım əməliyyatına rəhbərlik edib.

Azərbaycana təyin olunmamışdan öncə - 2010-cu ilin dekabrından isə Avstriyanın İslamabaddakı səfiri kimi fəaliyyət göstərib.

 

Tarix
16 Oktyabr 2014 [11:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin