Ana səhifə
23 Sentyabr 2018

“Günəşi oyadanlar” tezlikə təqdim olunacaq

“Günəşi oyadanlar” (ölməzlər) adlı filmin çəkilişlərini bitirmək üzrədir.

 

 

 

Bu haqda Ucnoqta.az-a filmin rejissoru Türkay Azəri məlumat verdi. Ərsəyə gətirdiyi işin son vaxtlar çəkilən filmlərdən mövzu və janr baxımından seçildiyini deyən rejissor Azərbaycan tamaşaçısı üçün yeni bir mövzu təqdim edəcəyinə inanır: “Filmin çəkilişləri Bakıda və Sumqayıtda baş tutub. Ssenari 2000-ci illərdə radio verilişi aparıcısının həyatından və ona aşiq olan dinləyicisi xərçəng xəstəsi qızın arzularından bəhs edir. Filmdə radio dinləyicilərinin həyat tərzi, düşüncəsi açıq-aşkar göstərilir. Filmi martın sonları, aprelin əvvəlində kinoteatrlarda tamaşaçılara təqdim etməyi düşünürük”.

Qeyd edək ki, Türkay Azərinin rəhbəri olduğu “Temp Production” tərəfindən çəkilən filmdə İradə Həsənova, Türkay Azəri, Pərvanə Alıyeva, Sabina Hacıyeva, Oqtay Mehtiyev, Anar Səfiyev, Səmimi Fərhad, Şamil İbrahimov, Səyyad İlqar, Sevinc Abbasova, Adilə Dadaşlı, Şahin Allahverdi, Nur Abbasova və digərləri rol alıblar. Filmin quruluşçu rejissoru Türkay Azəri, quruluşçu operatoru Ruslan Məmmədov, redaktoru Aygün Asimqızıdır.

 

 

Rəqsanə

Tarix
19 Fevral 2015 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin