Ana səhifə
19 Noyabr 2018

On tələbənin Türkiyəyə səfəri həyata keçirilib

Səfər Azərbaycan Mətbuat Şurasının TİKA-nın Azərbaycan nümayəndəliyi ilə birgə reallaşdırdığı  proqram çərçivəsində baş tutub

 

 

 

 

Azərbaycan Mətbuat Şurasının Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyi ilə birgə reallaşdırdığı Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramının (TAMEP) icrası uğurla davam etdirilməkdədir. Layihə çərçivəsindəki növbəti tədbir 2014-2015-ci tədris ilində ali məktəblərin jurnalistika fakultələrinə qəbulda ən yüksək nəticə göstərmiş on tələbənin  Türkiyəyə səfərinin gerçəkləşdirilməsi olub. Qardaş ölkənin media təcrübəsi ilə tanışlıq məqsədi daşıyan səfər fevral ayının 8-14-ü aralığında baş tutub. Bakı Dövlət Universitetinin tələbələrindən ibarət heyətə rəhbərliyi sözügedən ali təhsil ocağının jurnalistika fakultəsinin dekanı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Şamil Vəliyev və universitetin Televiziya və radio  jurnalistikası kafedrasının müdiri Aynur Kərimova həyata keçirib.

Səfər çərçivəsində tələbələr TİKA-da, TRT-də, TRT Ankara radiosunda, TRT muzeyində (9 fevral), Anadolu Agentliyində (10 fevral), Ankara Qazi Universitetinin jurnalistika fakültəsində (12 fevral), həmçinin  “Haber 7”, “Yeni Şafak”, “Sabah” qəzeti (13 fevral) kimi nüfuzlu media qurumlarında təlim-təcrübə proqramlarına qatılıblar. Onlara Türkiyənin kütləvi informasiya vasitələrinin spesifik iş xüsusiyyətləri barədə geniş məlumatlar verilib, ölkənin media industriyası üçün xarakterik cəhətlərin təhlili aparılıb, habelə yeni media ənənələrinin formalaşmasındakı konkret məqamlardan söz açılıb.

 

Qeyd edək ki, 2014-cü ilin mart ayında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatoru Mustafa Haşim Polat və koordinator müavini İsmail Gürlek ilə görüşü zamanı da BDU-nun jurnalistika fakültəsinin infrastrukturunun və tədris proqramlarının yenilənməsi məsələləri müzakirə olunub, bu məqsədlə planlaşdırılan layihə barədə ictimaiyyətə məlumat verilib.

 

Tarix
19 Fevral 2015 [17:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin