Ana səhifə
24 Sentyabr 2018

İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi olub

Tacikistan Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 16-da Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndi.

Azərbaycan Prezidenti Tacikistan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.

 

Tarix
16 Oktyabr 2014 [10:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin