Ana səhifə
16 Noyabr 2018

Ebola təhlükəsi: xəstəxana bağlandı

İstanbulda xəstəxanaya virusa yoluxduğu ehtimal olunan xəstə gətirilib

 

 

Bəzi ölkələrdə yayılan Ebola virusuna yoluxma halı qonşu Türkiyədə də qeydə alına bilər. Belə ki, İstanbulda Mərmərə Universiteti Pendik Tədris və Araşdırma Xəstəxanasına Ebola virusuna yoluxduğu ehtimal edilən xəstə gətirilib.

 

Dünən axşam saatlarında xəstə gətirildikdən sonra xəstəxananın təcili yardım şöbəsi təxliyə edilərək bağlanıb. Karantinə alınan təcili tibbi yardım şöbəsinə heç bir xəstə qəbul olunmur. Xəstəxana personalı qoruyucu maska taxıb.

 

Ebola virusuna yoluxduğu ehtimal edilən xəstənin Sürəyyapaşa xəstəxanasına köçürüləcəyi bildirilir.

 

Qeyd edək ki, bu günə kimi adıçəkilən virus 4 mindən çox insanın ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı vaxtında tədbir görülməyəcəyi halda həftədə 10 min insanın bu virusa yoluxa biləcəyi barədə xəbərdarlıq edib.

Tarix
16 Oktyabr 2014 [10:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin