Ana səhifə
24 İyun 2017

Azərbaycanlı neft maqnatının müdhiş həyatı - Fotosessiya

Bakı Nobel İrsi Fondunun direktoru, Moskva Beynəlxalq Neft-Qaz Klubunun vitse-prezidenti Toğrul Bağırovun adı çoxlarına tanış olmasa da, o həm Azərbaycanda, həm də dünyada ən nüfuzlu neft maqnatlarından biridir.

 

 

 

 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Toğrul Bağırov 1954-cü ildə Bakıda anadan olub. 1976-cı ildə SSRİ XİN-in nəzdində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1990-cı ilə qədər SSRİ XİN-də, SSRİ-nin ABŞ-dakı səfirliyində, BMT-nin Cenevrə nümayəndəliyində işləyib. Daha sonra intellektual biznes sahəsinə keçib, beynəlxalq konsaltinq şirkətinə başçılıq edib. 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "LUKoil”, "Transneft”, "Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi işləyib. T.Bağırov 90-cı illərin ortalarında "Əsrin müqaviləsi” razılaşdırılanda Rusiyanın enerji maraqlarının təminatı üçün vasitəçilik edən əsas fiqurlardan biri olub. "LUKoil”un bu müqavilədən 10 faiz pay alması və Rusiyanın Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan marşrutu ilə nəqlinə razılıq verməsi onun xidmətləri hesab olunur. Onun hazırda Rusiya ilə güclü əlaqələri var. Moskva Beynəlxalq Neft-Qaz Klubunun icraçı vitse-prezidentidir. Deyilənə görə, T.Bağırov olduqca güclü əlaqələrə və siyasi təsir imkanlarına malikdir.

 

Fransa Prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri çərçivəsində Fransa səfirinin iqamətgahında azərbaycanlı tanınmış iş adamı və xeyriyyəçi, Moskva Beynəlxalq Neft Klubunun prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti olan Toğrul Bağırovu "Fəxri legion" ordeni ilə təltif edib. Bağırov bu mükafata Rusiya-Fransa enerji əməkdaşlığının inkişafında göstərdiyi fəal köməyə görə layiq görülüb. Bu, Toğrul Bağırovun aldığı ikinci ali beynəlxalq mükafatdır. 2010-cu il dekabrın 10-da o, Stokholmda İsveç kralı XVI Karl Qustavın əmri ilə Azərbaycanda Nobel qardaşları irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə 1-ci dərəcəli "Qütb Ulduzu" ordeni ilə təltif edilib.

 

Toğrul Bağırov hazırda “Neft müharibələri” və ya “Böyük oyun” adı altında 100 milyon dollarlıq büdcəyə malik Hollivud filminin çəkilişi layihəsi üzərində işləyir. Filmdə Rokfellerlər, Rotşildlər, Nobellər haqda bəhs olunmalıdır.

 

Toğrul Bağırovun özü ilə yanaşı, övladları da böyük nüfuza sahib və şəxsi biznesləri olan insanlardır. Onun oğlu Adil Bağırov ABŞ-ın “Qarabağ” fondunun təsisçisidir, “US Azeris Network” Amerika-Azərbaycan şəbəkəsinin icraçı direktorudur, həm də şəxsi bizneslə məşğuldur. 2013-cü ildə isə Ohayo ştatının Deyton şəhər Təhsil Şurasına üzv seçilib. O, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən beşinci amerikalı-türk və ilk Amerika azərbaycanlısıdır. Bundan başqa, Adil Bağırov Moskva Dövlət Beynəlxalq Əlaqələr institutunda siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb.

 

Lakin Adil Bağırov Vaşinqtonda daha çox öz qeyri-adi toyu ilə səs-küy sala bilib. 2013-cü ilin aprel ayında türk əsilli Sevin Elekdağ ilə ailə quran cütlüyün toy mərasimində Amerika, eləcə də Azərbaycan və Türkiyədən nüfuzlu qonaqlar iştirak ediblər. Hətta ABŞ Konqresinin sabiq spikeri Bob Livinqstonun ləzginka rəqsini oynaması hər kəsi təəccübləndirib. Qeyd edək ki, Sevin Elekdağ London School of Economics (LSE) universitetini qırmızı diplomla bitirib, magistr təhsilini isə Edinburq universitetində hüquq ixtisası üzrə davam etdirib. O, Vaşinqtonda türk-amerikan əlaqələrinin inkişafı üzrə TCA (Turkish Coalition of America) təşkilatında işləyir.

 

Toğrul Bağırovun qızı Fidan Bağırova isə Cenevrədə doğulub, Londonda beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alıb və hazırda Nyu-Yorkda yaşayır. Ancaq onun həyatı daha çox Avropa ölkələrində, eləcə də İstanbulda, Bakıda, Nyu-Yorkda və Los-Ancelesdə keçir. O, nüfuzlu Tatler jurnalında təcrübə keçib. Fidan Bağırova tanınmış dizaynerlərlə və müğənnilərlə dostluq edir, hətta arxivində Roma Papası 2-ci Con Paulla görüşü əks etdirən fotosu da var. Onun Nyu-Yorkda nəşr etdirdiyi “I am a Shoe… And You?” adlı kitabı Fidanı elit tədbirlərin əsas qonağından başqa, yazıçı kimi də məşhurlaşdırıb. İxtisasca jurnalist olan Bağırovanın kitabı 70 000 tirajla satılıb. Fidan Bağırova həm də dizayn fəaliyyəti ilə məşğuldur.

 

"Qafqazinfo" iş adamının Nyu-Yorkdakı evindən fotoları təqdim edir:

Tarix
19 Fevral 2015 [11:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ